Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Noyabr

2015
12:13
223
Azərbaycanda `Tələbə Həftəsi` elan olundu

Azərbaycan Tələbələr Birliyi "Beynəlxalq Tələbə Günü" münasibəti ilə 2015-ci il noyabrın 10-dan 17-dək Azərbaycanda "Tələbə Həftəsi" elan edir. ATB tərəfindən ənənəvi olaraq hər il təşkil edilən bu həftəliyin əsas məqsədi Azərbaycan tələbələrinin beynəlxalq tələbə hərəkatının fəal hissəsi olduğunu nümayiş etdirmək və onların təşəbbüslərini dəstəkləməkdir.

Birliyin sədri Elvin Aslanovun verdiyi məlumata əsasən, "Tələbə Həftəsi" çərçivəsində 20-yə yaxın ali təhsil müəssisəsində müsabiqə və yarışların keçirilməsi, görüş və konfransların, habelə maarifləndirici aksiyaların təşkil olunması nəzərdə tutulur.

Tədbirlər yalnız Bakı şəhərini deyil, eyni zamanda Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərini də əhatə edəcəkdir. Həftəlik çərçivəsində ictimai fəallığı ilə fərqlənən tələbələrin mükafatlandırılması, bir neçə tələbə qrupunun sosial layihələrinin dəstəklənməsi, sonda isə Azərbaycan tələbələrinin dünya ictimaiyyətinə müraciətinin ünvanlanması da planlaşdırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1334

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
175

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
125
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 05:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru