Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2015
14:43
532
Azərbaycanda 4 universitetin rektoru dəyişəcək

Azərbaycanda 4 universitetin rektoru tezliklə dəyişəcək. Deputatlığa namizədliyini irəli sürən 4 rektorun adı - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) artıq seçilənlər sırasındadır.

Belə ki, Aqiyə Naxçıvanlı - 117 saylı Oğuz – Qəbələ Seçki Dairəsindən, Səməd Seyidov - 36 saylı Xətai Dördüncü Seçki Dairəsindən, Əhliman Əmiraslanov - 65 saylı Saatlı - Sabirabad – Kürdəmir Seçki Dairəsindən, Ağacan Abıyev isə - 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputat seçiliblər.

Bu ilin sentyabr ayında verilən qərara əsasən Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər. 

Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb. 

Həmin millət vəkillərinin rektor olduğu təhsil ocaqları ilə əlaqə saxladıq.Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Günel Aslanova bildirdi ki, hələ heç bir dəyişiklik yoxdur. "Rektor Əhliman Əmiraslanov iş başındadır. Öz vəzifəsini icra edir."

Digər universitetlərdə də rektorlar hələ ki, öz vəzifələrini icra edirlər.Amma yaxın vaxtlarda dəyişiklik olacağı istisna edilmir.

Bəzi universitetlərin rəhbərləri isə deputatlıqdan imtina edərək, rektor kimi qalmağa üstünlük verdilər. Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) rektoru Gülçöhrə Məmmədovadır.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Abel Məhərrəmov bu ilki parlament seçkilərində iştirak etməməsini belə izah etdi.

“Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım."

Amma tutduğu vəzifədən asılı olmayaraq, hamının bir borcu var: Vətənə və onun vətəndaşlarına layiqincə xidmət etmək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
30

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
84

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
59

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1007

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
75
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru