Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2015
13:53
1044
Dünyanın ən yaşlı sakini Azərbaycanda yaşayır - VİDEO

Əkin-biçin, üzüm becərmək onun əsas məşğuliyyəti olub. Hətta gənc yaşlarından traktor da idarə edib. Sözügedən qəhrəman, zərif cinsin güclü nümayəndəsi 128 yaşlı Zeynəb Əhmədovadır. 3 əsr görən xanım Tovuzun Bozalqanlı kəndində yaşıyır. FaktXəbər-in KəpəzTV-yə istinadən verdiyi məlumata görə, Azərbaycanın ən uzunömürlü sakini yaşının bu çağında da gümrahdır, rahat gəzir, toyuq-cücəni yemləyir. Uzun ömürlü xanım daha çox tərəvəz, ən əsası süd məhsulları ilə qidalanır. 100 ili arxada qoyan Zeynəb Əhmədovanın atası da bir əsrdən artıq ömür sürüb.

Qeyd edək ki, Zeynəb nənə nəinki Azərbaycanın, eləcə də dünyanın ən yaşlı sakinidir. 

FaktXəbər-in məlumatına görə, dünyanın ən qocaman sakini sayılan və 117 yaşında dünyasını dəyişən yaponiyalı Misao Okava 2015-ci ilin martında dünyasını dəyişib. O, 1898-ci il martın 5-də anadan olmuşdu. M.Okava 2013-cü ildə Ginnesin Rekordlar Kitabının nümayəndələri tərəfindən dünyanın ən yaşlı sakini kimi tanınıb.

Yəqin ki, Ginnesin Rekordlar Kitabına müraciət edib, Azərbaycanın ən yaşlı sakininin əslində dünyanın ən yaşlı sakini olduğunu qeydiyyata aldırmaq olar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru