Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2015
17:10
545
Erməni hüquqşünas azərbaycanlı girovların müdafiəsinə qalxdı

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva Qarabağda saxlanılan azərbaycanlı girovlarla bağlı daha bir məlumatı bölüşüb.

Hüquq müdafiəçisi modern.az-a bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Oxancanyan və assambleyanın üzvü Svetlana Cangiryan artıq iki dəfə erməni girovluğunda saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib:

“Karen Oxancanyan görüş zamanı “qətl”in Dilqəm və Şahbaz tərəfindən törədilmədiyinə əmin olduğunu bildirdi. O dedi ki, hər iki şəxs kimisə öldürəcək insanlar deyillər. Dilqəm və Şahbaz erməninin onlarla birlikdə Kəlbəcərə gedən Həsən Həsənov tərəfindən öldürüldüyünü deyiblər. Bu səbəbdən də Karen Oxancanyan xahiş edib ki, iş yenidən araşdırılsın”.

A.Abdullayeva məsələnin hələlik bu məqamda qaldığını bildirib: “Karen Oxancanyan mənə dedi ki, erməni “məhkəmə”si “qərar” qəbul etdiyindən müəyyən müddət gözləmək lazım gələcək, çünki, ortada qətl var.

Buna baxmayaraq Avropa Şurası, həmçinin Avropa siyasətçiləri, beynəlxalq hüquq təşkilatları vaxtaşırı bu məsələni qaldırırlar”.

Xatırladaq ki, ermənilərin təşkil etdiyi “məhkəmə prosesi”ndə Şahbaz Quliyev 22 il, Dilqəm Əsgərov isə ömürlük həbs cəzasına məhkum olunub. Həmvətənlərimiz bir ildən çoxdur həm girov, həm də məhbus həyatı sürürlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1236

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
38

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
25

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
104

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1384
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru