Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2015
14:27
Bakıda polisə silahlı hücum

Bakının Nərimanov rayonunda polis əməkdaşına silahlı hücum olub.

Bu zaman polis cinayətkara müqavimət göstərə bilməyib. Nərimanov Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, lüləsi kəsik qoşalülə tüfənglə silahlanmış naməlum maskalı şəxs Ziya Bünyadov prospekti, 2082 ünvanında yerləşən zavod anbarının qapısının açıq olmasından istifadə edərək binaya soxulub.

Həmin vaxt Binəqədi rayon mühafizə polisinin əməkdaşı, polis çavuşu Ceyhun Əvəz oğlu Hüseynov anbarda xidmət başında olub. Cinayətkar polis əməkdaşından anbarın açarlarını tələb edib. Lakin elə bu zaman digər mühafizəçi də anbara gəlib. Cinayətkar iki mühafizəçi ilə təkbaşına bacara bilməyəcəyini görərək havaya atəş açıb və hadisə yerindən qaçaraq gizlənib. Hazırda şübhəli şəxsin kimliyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri görülür. Fakt üzrə araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47081

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45245

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46825

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46460

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52001

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46115

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46613
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 01:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru