Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2015
10:29
Nazir Əli Abbasov Baş Prokurorluğa çağırılıb dindirildi

Dünən ölkə mətbuatında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsi barədə məlumatlar yayıldı.

Lakin bu xəbər gün ərzində öz rəsmi təsdiqini tapmadı. Hər halda rəsmi KİV-lərdə nazirin işdən azad olunmasına dair müvafiq prezident sərəncamını görə bilmədik.

Nazir Ə.Abbasovun işdən çıxarılması barədəki şayiələrin belə sürətlə yayılmasına rəvac verən səbəblərə gəlincə isə belə səbəblər var. Məsələ burasındadır ki, bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi”  İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov həbs olunublar. Bu məmurların həbsi MTN-in sabiq rəhbəri Eldar Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirilib.

Virtualaz.org saytının hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, rabitə naziri Əli Abbasov da bu həbslərlə bağlı dindirilib. Nazir dünən - oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub.

Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib.

Dəqiqləşdirilib ki, nazir Əli Abbasov müstəntiqlərin əsasən Vidadi Zeynalovun istintaqa verdiyi ifadələrlə bağlı suallarını cavablandırıb. İlkin məlumatlara görə, nazirliyin keçmiş Aparat rəhbəri V.Zeynalov nazir Ə.Abbasovun əleyhinə ifadə verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61370

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59120

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60823

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60439

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65980

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60248

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60484
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-01-2021 15:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru