Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Oktyabr

2015
23:28
526
Yol polisindən taksi sürücülərinə ŞAD XƏBƏR
Kamran Əliyev: «Sərnişindaşıma ilə məşğul olan heç bir sürücüyə lisenziya olmadığına görə cərimə yazılmayıb»

Dünən mətbuata müraciət edən oxuculardan biri bildirmişdi ki, taksi sürücülərinə lisenziya olmadığına görə yol polisi tərəfindən cərimə yazılır. Hansı ki, sərnişindaşıma ilə məşğul olanlara lisenziyanın verilməsi səlahiyyəti bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nəqliyyat Nazirliyindən alınaraq «ASAN Xidmət»ə verilib. Hazırda isə «ASAN Xidmət» lisenziya vermək üçün proseduru hazırlayır və bununla bağlı Prezidentin fərmanında 3 ay müddət nəzərdə tutulub. Bu müddət ərzində hansısa taksi sürücüyə heç bir qurumdan lisenziya ala bilmirsə, yol polisi nədən cərimə yazmalıdır?

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirdi ki, ölkə başçısının məlum fərmanından bu günədək hələ ki, lisenziyanın olmamasına görə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyib: «Bu prosedurun tamamlanması ilə bağlı üç ay vaxt verilib. Taksi fəaliyyəti ilə məşğul olanlara bildirmək istəyirik ki, yalnız prosedurlar müəyyən ediləndən sonra lisensiyasız fəaliyyət göstərənlərə və ya lisenziya şərtlərini pozan sürücülərə qarşı inzibati tədbir görüləcək. Bu müddətə qədər isə sadəcə olaraq həmin sürücülərə məsləhət verilir ki, qaydalar təsdiqləndikdən sonra lisenziya alsınlar. Əks halda, onları cərimə gözləyəcək».

Kamran Əliyevin sözlərinə görə, yol polisi konkret olaraq hansısa sürücünü lisenziyasız sərnişindaşıma ilə məşğul olduğuna görə cərimə etməyib: «Ola bilər ki, taksi sürücüsü hansısa qayda pozuntusuna yol verir və yol polisi əməkdaşı da onu saxlayır. Sürücü barəsində tədbir görülən zaman vizual olaraq taksi fəaliyyəti ilə məşğul oması məlum olarsa, o zaman sadəcə yeni qaydalar barədə həmin sürücüyə məlumat verilir və prosedur qaydaları müəyyənləşdirildikdən sonra lisenziya almaq üçün müraciət etməsi tövsiyyə olunur. Bu gün sürücülərin «yol polisi bizdən lisenziya tələb edir və buna görə bizi cərimələyir» deməsi yanlışdır. Yol polisi onlara sadəcə olaraq qaydaları izah edir ki, qanun çərçivəsində fəaliyyət göstərsinlər».

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov da bildirib ki, paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan hər hansı sürücüyə lisenziyaya görə inzibati protokol tərtib olunmayıb: «Hazırda lisenziya ilə bağlı prosedur hazırlanır. Yol polisi olaraq bildiririk ki, taksi fəaliyyəti ilə məşğul olanlar özlərini, avtomobillərini və müvafiq sənədlərini indidən hazırlasınlar. Yeni qaydalar təsdiqlənib yayılandan sonra müvafiq qaydada müraciət edib lisenziya alsınlar. Əks halda, yol polisi lisenziyasız fəaliyyət göstərən taksi sürücülərini cərimə edəcək».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
120

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
148

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
93

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
100

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
170

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
111

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
142
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 13:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru