Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Oktyabr

2015
15:28
880
Taksi sürücülərinin `qara günləri` başlayıb – DYP
Sürücülər lisensiya ala bilmir, yol polisi isə tələb edir

Sürücülər lisensiya ala bilmir, yol polisi isə tələb edir

Oxuculardan biri Elxan Nuriyev taksi sürücülərinin üzləşdiyi problemlə bağlı məlumat verib. Onun bildirdiyinə görə, artıq bu həftədən etibarən yol polisi əməkdaşları taksi sürücülərini saxlayaraq lisenziya tələb edirlər: "YPX taksiləri saxlamağa başlayıb. Lisenziya tələb edirlər. Lisenziyanı kim verir? Nəqliyyat Nazirliyi vermir, deyirlər "ASAN Xidmət" məşğuldur. "ASAN Xidmət"dən də deyirlər ki, noyabrdan sonra qaydalar təsdiqlənəcək. İndi camaat nə etməlidir?".

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla taksilərə, sərnişin və yükdaşıma ilə məşğul olan avtomobillərə lisenziyanın verilməsi Nəqliyyat Nazirliyindən alınaraq "ASAN Xidmət"ə verilib. Bundan əlavə, taksi, yük və sərnişindaşıma ilə məşğul olanlara nəzarət də Nəqliyyat Nazirliyindən alınaraq Daxili İşlər Nazirliyinə, yəni, Dövlət Yol Polisinə verilib. Lakin hələlik bu dəyişikliklə bağlı baza tam formalaşdırılmayıb və bununla bağlı aidiyyatı orqanlara iki ay vaxt verilib. Yaxşı olardı ki, yaranmış vəziyyəti nəzərə alaraq, Dövlət Yol Polisi İdarəsi bu iki ay ərzində taksi sürücülərini sıxışdırmasın. Çünki ortada lisenziya verəcək qurum yoxdursa, bunu tələb etmək də məntiqə uyğun deyil…

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
592

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
429

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
445

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
491

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
520

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
494

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1092

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru