Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Oktyabr

2015
10:37
480
Kərbəla hadisəsinin müsəlman dünyasına müraciəti
AİP Qadınlar Şurasının təşəbbüsü ilə İmam Hüseyn(ə) şəhadət günləri ilə əlaqədar mərasimi keçirilib

FaktXəbər-in verdiyi məlumata görə, AİP Qadınlar Şurasının təşəbbüsü ilə İmam Hüseyn(ə) şəhadət günləri ilə əlaqədar mərasimi keçirilib. Matəm mərasimində Bakı və ətraf qəsəbələrdən gəlmiş mömin xanımlar iştirak edib.

Tədbiri giriş sözü ilə AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İB sədri Növrəstə İbrahimova açdı. O, ilk öncə insanın yaranış qayəsindən danışdı: « Allah-Təala bütün məxluqatı xəlq etdikdən sonra insanları yaratdı və onu Yer üzünün xəlifəsi elan etdi. Mələklər bu işə etiraz etdikdə isə Allah-təala buyurdu ki, Mən bildiyim şeyləri siz bilmirsiniz. Uca Yaradan sonra insanları vəsf edərək buyurdu ki, mənim Quran əmanətimi, dağlar, daşlar, inlər-cinlər götürmədi, yalnız insan götürdü və O əmanəti qərinələr boyu qorudu, onu ölməyə qoymadı».

Növrəstə xanım həmin əmanətin Qurani-Kərim olduğunu xatırladaraq söhbətinə davam elədi: «Bu əmanətdarlardan sonuncusu da İmam Hüseyn (ə) oldu. O, Kərbəlanın çölündə buyurdu ki, bir şeydən qorxuram, o da Quranın, dinin ölməyi, mənim isə sağ qalmağımdır. Əgər pak cəddim Məhəmməd Peyğəmbərə (s) vəhy olunan həqiqi İslam dini və pak Qurani-Kərim mənim qanım ilə sağ qalacaqsa, qoy göylərdən gələn oxlar, daşlar bədənimə dolsun»

AİP Qadınlar Şurasının sədri Kərbəla hadisəsinin müsəlman dünyasına müraciətiindən də söz açdı: «Kərbəla hadisəsi bizə nə demək istəyir? Yəni hər il Məhərrəmlik və Səfər aylarında əzadarlıq edilsin, mərasim təşkil edilsin, ehsan verilsin sonra da evlərə girilib, qapılar bağlansın və növbəti ilmi gözlənilsin? İmamın zühurunu bu cürmü gözləməlik? Hədislərdə var ki, dünya zülm ilə dolanda, haqq batillə üz-üzə duranda İmam zühur edəcək. Axı dünya çoxdun zülmlə dola-dola gəlir. Bəs bu hadisə bizə nəyi öyrətmək istəyir?»

Növrəstə xanım Kərbəla məktəbinin insanlara zülmlə mübarizə aparmaq, nəyin bahasına olursa-olsun onun qarşısında boyun əyməmək dərsini verdiyini və İmam Mehdinin zühurunu da belə gözləməli olduğumuzu bildirdi.

Çıxışının sonunda Kərbəla hadisəsini sinələr dağ çəkən, ürəkləri yandıran və zehnlərə qan yaddaşı kimi yazılan tarix adlandın Növrəstə xanım bu hadisənin heç kəsin ruhi zehnindən silinməyəcəyini və bunun ta Qiyamətədək əbədi bir dərs olduğunu bildirdi.

AİP Qadınlar Şurası sədr müavini Fatimə Səlimova matəm münasibətilə bütün müsəlmanlara başsağlığı verərək İmam Hüseyn müsibətinə həsr olunmuş şeir söylədi.

Mərasimin sonunda ehsan süfrəsi verildi və dualar oxundu.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
260

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
350

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
232

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
263

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
216

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
243

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
253

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
542
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 21:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru