Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2015
00:06
Abid Şərifov “Sovetski”də həbs olunan komitə sədrini azad etdirdi

Oktyabrın 22-də “Sovetski”də keçirilmiş etiraz nümayişi zamanı saxlanılan sakinlərin hüquqlarını müdafiə komitəsinin sədri Namiq Quliyev oktyabrın 24-də azadlığa buraxılıb.

Bu barədə komitənin sədr müavini Mirməmməd Aslanov məlumat verib.

Xatırladaq ki, oktyabrın 22-də Çingiz Mustafayev və Abdulla Şaiq küçələrində yaşayan sakinlərlə Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri arasında insident yaşanmışdı. Bu zaman Namiq Quliyev polis tərəfindən saxlanmışdı. Məhkəmə onun haqqında 10 sutka həbs cəzası çıxarmışdı.

N.Quliyevin həbsinə səbəb icra nümayəndələrinin Sahibə adlı sakinin evini sökməsi olmuşdu. O, RİH nümayəndələrinin kimsəsiz qadının evini sökmək cəhdlərinə etiraz etdiyi üçün saxlanılıb.

Namiq Quliyev həbs olunduqdan sonra komitənin sədr müavini Mirməmməd Aslanov başda olmaqla “Sovetski” ağsaqqalları baş nazirin müavini Abid Şərifovun qəbulunda olublar və baş verən hadisə ilə bağlı ona məlumat veriblər.

Mirməmməd Aslanov baş verənləri belə izah edib: “Namiq Quliyev həbs olunduqdan sonra “Sovetski” camaatı narazılığını bildirmək üçün toplaşmaq istədi. Camaatı birtəhər sakitləşdirdik. 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd İlhamiyyə Rza ilə görüşdük, sağ olsun, problemimizi dinlədi və bizi lazımi yerlərə yönəltdi. Sonra Yasamal Rayon Polis İdarəsinə getdik. İdarənin rəisi bizi yaxşı qarşılaşdı və problemin həll olunacağını dedi. Buna baxmayaraq, baş nazirin müavini Abid Şərifovun da qəbulunda olduq. O, Namiq Quliyevin həbs olunmasını pislədi və camaat tərəfindən seçilmiş sədrin həbsinin düzgün olmadığını dedi. Baş nazir camaatın narazılığının qarşısını almaq üçün komitə sədrinin tezliklə azad olunacağını bildirdi. Bir neçə saatdan sonra Namiq Quliyevin məhkəməsi keçirildi və məhkəmənin qərarı ilə o, əfv olundu".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
533

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
390

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
485

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
497
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 02:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru