Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2015
18:34
669
Vüqar Qarabaği: `Lütfən bir çönün Gəncəyə boylanın`

"İmam Hüseyn (ə) şəhəri Gəncə. Bu şəhərdə baş verənlər hüquqi və demokratik bir ölkənin iddiaları ilə daban-dabana ziddir. Bu gün - Tasua Günü- Gəncənin məscidlərində insanların öz dini inanclarının ifadəsinə zorakılıqla qadağalar qoyuldu. Bir qrup məmur öz şəxsi istəkləri ilə müsəlmanlara qarşı dini dözümsüzlük nümayiş etdirirlər. Bəli məhz şəxsi istəkləri ilə."

FaktXəbər-in məlumatına görə, belə bir açıqlama ilə Gəncə şəhərindən olan ilahiyyatçı filosof Vüqar Qarabaği çıxış edib. O, dini dözümsüzlük məsələsində Bakı ilə Gəncə arasında yerlə-göy qədər fərq olduğunu bildirir: "Axı hansı məntiqi və hüquqi əsasla şəhərin mərkəzi came məscidi cümə günü namaza gələnlərin üzünə bağlanır və bu azmış kimi azanın verilməsinin qarşısı alınır?

Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi buyurub buna aydınlıq gətirməlidirlər. Bu ölkədə öz dini inancını ifadə etmək olmazmı? Bu cinayətdirmi?

Daha dəqiq desək məhərrəm ayında matəm mərasimi üçün məscidin içərisindədəmi əzadarlıq etmək olmaz?

Bəlkə daha dərin proseslər gedir? Bəlkə kimlərsə xalqı etiraza sürükləyir? Bəlkə kimlərsə dindarları hakimiyyətə qışqırtmaq və üz-üzə qoymaq istəyir? Bəlkə bu günün dindarından zorla müxalifət yaratmaq istəyirlər?

Lütfən bir çönün Gəncəyə boylanın. Xalqı çaşqınlıqlar içərisində buraxmayın. Qaranlıq məqamları aydınladın. İnanmaqla və inancımızı ifadə etməklə biz cinayət törədiriksə, yerimizi bilirsiz. Bizi qanunla mühakimə edin. 

Çox ehtimal ki, yenə qanundan kənar yollarla, hədə ilə, qorxu ilə üzərimizə yeriyənlər, hətta bu yazıya belə tab gətirə bilməyənlər olacaq.

Ölkə İslamında özünü səlahiyyət sahibi sayanlar, ruhanilik, alimlik, ağsaqqallıq statusunda olan əziz həmvətənlərim, özünü həmdərd sayan hər kəsin buna ağılmərkəzli münasibət bildirmələrini təvəqqe edirəm."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
0

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1161
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 22:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru