Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Oktyabr

2015
10:19
3057
Azərbaycanda daha bir sirli şəhər aşkarlandı - FOTO
"Şəhər yüksəklikdə yerləşir, burdan ətraf ərazilər çox aydın görünür"

Zaman-zaman dünya tarixində izaholunmaz və sirli hadisələrə rast gəlinib. Vaxt keçdikcə, bu sirlərin bəzisi açılıb, elə hadisələr də var ki, uzun illər izah oluna bilmir. Xınna dərəsi və onun ətrafında cərəyan edən faktlar da məhz bu qəbildəndir.

“Xınna dərəsi” - Hunan adıyla baglıdır.

Bu, zamanımıza qədər gəlib çatmış, hələ Qafqaz Albaniyası dövrünə aid olan Hunan şəhərinin yeri haqqında mübahisələr uzun müddət davam edib. Hətta bu mübahisələrdə Hunan şəhərinin tarixi mənbələrdə Tovuz rayonu ərazisində olduğu dəfələrlə qeyd edilib. Azərbaycanın ilk orta əsr şəhərlərindən olan Hunanın yerləşdiyi ərazi haqqında bu günə kimi müxtəlif məlumatlar səslənməsi də məlumdur. Lakin məlumat üçün onu da bildirim ki, bu şəhərin yerini dəqiq aşkarladıqdan sonra, bu haqda qələmə aldığım araşdırma və müşahidələrimin əksəriyyəti müxtəlif vaxtlarda Modern.az saytında dərc edilib.

Hunan şəhəri etrafinda builki təqiqatlarimda isə dörd yeni qədim səhər haqda məlumat toplamışam. Bu şəhərlər yüksək dağlıq ərazidə, bəlkə də min illərdir insan ayağı dəyməyən sıx meşə zolağı arasında yerləşir. Bu dəfə şəhərlərdən ancaq biri haqda məlumat verəcəyəm.

Bir çox mənbəələrdə, sözügedən şəhərin adı çəkilsə də, o haqda şəkillər olmamışdı. İlk dəfə mətbuata bu barədə açıqlayıram: Hunan şəhərinin yerini dəqiqləşdirmək elə də asan başa gəlmədi. Bu, ilk olaraq həmin şəhərin yüksək dağ massivində yerləşməsi ilə əlaqədardır. Oraya yol isə, sözün əsl mənasında cəngəlliklərdən keçir. Onu da deyim ki, Hunan şəhərinin ancaq xarabalıqları, məbədlər komplekslərinin bəzi yerlərdə dağıdılmış hissələri, bəzi yerlərdə isə sadəcə, izi qalıb.

Bu sahəyə yaxınlaşanda gözümə əzəmətli uca bir dağ satasdı. Həmin dağ yasayıs yerindən uzaq məsafədədir. Oraya getmək üçün sıldırım qayalar, vahiməli və təhlükəli uçurumlardan keçməli idim. Beləliklə, o dağın zirvəsinə qalxaraq uzaqlara, o cümlədən qədim Hunan şəhərinin olduğu yerə baxmaq istədim. Həmin zirvəyə çixmaq üçün əvvəlcə dərin dərəyə enib Abdal cayını keçmək lazım idi. Mən əvvəllər bu ərazilərdə üç dağın yüksəkliyində olmuşdum. Amma çıxmaq istədiyim bu yeni dağ zirvəsi onlardan daha yüksəkdə idi.

Çətinliklərə baxmayaraq, özüm üçün kəşf etdiyim yeni dağ zirvəsinə çıxdım. Oradan ətrafa göz gəzdirdim. Hara baxdımsa, qarşımda geniş və göz işlədikcə uzanan gözəl bir mənzərə açıldı. Hunan şəhərinin yerləşdiyi əraziyə boylandım. Məbədlər komleksi olan həmin əraziyə sanki sputnikdən baxırsan. Bura, əvvəldə də qeyd etdiyim kimi, Hunan şəhəri ətrafında ən uca dağ zirvəsidir. Nəhayət buradan qədim şəhərə bir araba yolu askar etdim. Bu izə düşüb, axtarış apardım. Daha sonra olduğum yüksəklikdən şəhərə dörd istiqamətdən araba yolları olduğunu gördüm. Şəhərə aparan bu yolların yeri aşkarca bilinirdi. Qeydlər apardım, fotolar çəkdim. Artıq gecikirdim, hava qaralmamış getdiyim yolu geri dönməli, bunun üçün yenidən dərin dərəyə enməli, Abdalı keçərək geri qayıtmalı idim. Qeyd etdiyim yolların hara getdiyini, daha nələri aşkarlamaq üçün sabah üçün plan qurmalıydım.

Dağı enərkən sıldırım qayalın başında yeni bir məbəd aşkar etdim. Ay məbədi idi. Amma bu məbədin hardasa üç min ildən artıq yaşı olduğundan xəbərsiz idim. Çox gözəl bir görüntüsü var idi. Bir tərəfi dağa söykənmişdi. Tarixin daş yaddaşına çevrilmiş bu ocağın yanından enərək geri qayıtdım.

Ertəsi gün qədim karvan yollarının biriylə getməyə başladım. Təxminən dörd kilometr gedəndən sonra hardasa 60-70 hektar ərazisi olan bir talaya çıxdım. Ərazinin böyük hissəsi meyvə bağları idi. Talanın hər tərəfi əsrarəngiz gözəlliklərlə haşiyələnmişdi. Ətrafı nəhəng ağaclarla örtülü dağ zirvəsi göründü. Fikirləşmədən yüksəkliyə doğru irəlilədim. Zirvəya çatanda iki hektara qədər ərazisi olan bir şəhər aşkar etdim. Şəhərin özünümüdafiə qalasının təxminən səksən faizi dağıdılmamış qalmışdı. Maraqlısı o idi ki, qala divarları 5-6 tonluq daşlarla hörülmüşdü. Düşündüm ki, mən iki litr suyu bu yüksəkliyə güclə gətirib çixarmışam, o dövrdə insanlar bu ağır çəkili daşları buraya necə qaldırıblar... 

Qalanın hər yanını dolandım, içərisini gəzdim. Gəzdiyim ərazinin hər yeri daşla döşənmişdi deyə, ayağım bir qarış belə torpağa dəymədi. Qalanın bəzi yerləri səkkiz, bəzi yerləri isə beş metr hündürlükdə idi. O qədər ağac bitmişdi ki, tam görüntülü şəkil belə çəkmək çətin idi.

Həmin yüksəkliyin sağ tərəfində Abdal çayının sahilində Abdal kəndi yerləşir. Bir az aralıda sağ tərəfdə Koç dərəsi uzanır. Amma həmin yüksəklikdəki qədim şəhərə çıxmaq üçün Çobansısnaq kəndindən enmək gərək idi. Şəhərin burada salınması əlbəttə, məqsədli edilmişdi. Ulu babalarımız – o dövrün insanları bu  şəhərlərin belə yüksəklikdə salınmasını, onları sel və daşqınlardan qorumaq, yadellilərin hücumu zamanı müdafiəsini asanlaşdırmaq, həmçinin uzaqdan gələn ticarət karvanlarını izləmək məqsədilə edirdi.

Hunan şəhəri yüksəklikdə yerləşməklə bərabər, maraqlı qalalarla əhatələnmişdi. Buradan demək olar ki, hər yan görünürdü. Hətta üzbəüzdəki Yel dağının zirvəsini belə, aydınca görmək olurdu.  Bu ətrafların və şəhərin qalıqlarının bir neçə fotosunu çəkdim.

Aşkarladığım şəhər barədə Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verdim. Bu isə sözsüz ki, AMEA Arxeloji Tədqiqatlar İnstitunun arxeloqlarının diqqətini cəlb etdi. Tədqiq üçün qaladan nümunələr götürüldükdən sonra daha üç yüksəklikdə oldular. Hunan şəhəri ətrafında dörd qədim yaşayış məskəni haqda gələcəkdə iş aparmaq məqsədilə AMEA ekpertizasına vermək üçün küp və daş alət nümunələri də götürüldü.

Bu ərazini gəzdikcə, sanki tarixmizi səhifələyirdim. Daşların daşlaşmış yaddaşı bu şəhəri xarabalığa şevirən yadelli işğalcılar barəsində nələr demirdi?! Hələ VIII əsrdə ərəblərin Azərbaycana yürüşü zamanı Xınna dərəsində Hunan şəhəri əhalisi onlara qarşı güclü müqavimət göstərib. Döyüşlər nə qədər şiddətli olsa da, Hunan şərəri dağılmayıb. Daha sonralar, yəni 1231-ci ildə Çingiz xanın ordusu bu yerlərə basqın edərək, insanları ağır işgəncələrə, kütləvi qırğınlara məruz qoyub. Lakin onlar da bu şəhərin ağır və güclü müqavimətilə üzləşiblər. Belə ki, şəhər yüksəklikdə yerləşdiyi üçün monqolların bu ərazini ələ keçirməsi mümkün olmayıb, onlar ağır itgilər veriblər. O vaxt Cingiz xanın göstərişlərindən biri o idi ki, harada güclü müqavimətə rast gəlinirdisə, ora sonradan yer üzündən silinməli, bir canlısı belə, sağ qalmamalı idi. Burada da qala divarları güclü zərər görsə də, şəhəri ələ keçirmək elə də asan olmayıb. Sonradan güc toplayaraq Hunan şəhərini darmadağın edən monqollar, özlərinin müharibə qanunlarına əsasən dini məbədlərə toxunmayıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
92

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1351
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru