Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2015
15:57
386
“Unutma!” - gənclər üçün Qarabağ dərsləri” adlı layihəni həyata keçirilib

“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən  “Unutma!” - gənclər üçün Qarabağ dərsləri” adlı layihəni həyata keçirib. Layihənin məqsədi yeniyetmə və gənclərin Qarabağ tarixi və mədəniyyəti haqqında məlumatlılığının artırılması, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Bu haqda layihə rəhbəri, “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov qeyd edib. 

15 oktyabr 2015 – ci ildə Bərdə, 16 oktyabr 2015 – ci ildə Ağcəbədi və 20 oktyabr 2015 – ci ildə Göyçay rayonlarında həyata keçirilən layihə çərçivəsində “Üfüq” Gənclərin İnkişafı Naminə İB -nin sədri, layihə rəhbəri Nail Şükürov layihə haqda danışaraq Qarabağ tarixinin gənclərimiz tərəfindən öyrənilməsinin olduqca əhəmiyyətli olduğunu bildirib.  Tarix üzrə fəlsəfə doktoru Natiq Alışov iştirakçılara Qarabağ  tarixi qədim dövrdən – günümüzə qədər, Qarabağın tarixi şəxsiyyətləri, Qarabağ abidələri, Qarabağ mədəniyyəti, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: siyasi və hüquqi aspektlər və s. haqqında geniş məlumatlar verib. Layihə çərçivəsində keçirilən seminarlarda Qarabağ haqqında sosial şəbəkələrdə fəaliyyətlər  kimi aktual mövzulara da toxunulub. 

Eyni zamanda Qarabağ tariximiz haqqında video nümayişlər həyata keçirilib. Layihənin işində region Gənclər və İdman İdarələri də yaxından əməkdaşlıq ediblər. Hər bir regionda istedadlı gənclərdən ibarət  “Tariximizi sevək” İstedadlar klubu yaradılıb. Bu klub gələcəkdə fəaliyyət göstərəcək və tariximizin öyrənilməsində gənclərin təşəbbüsləri artacaq. 

Layihə çərçivəsində iştirakçılara Qarabağ tarixinə dair bukletlər, yazılı köynək və digər paylama materialları paylanılıb. Layihənin işinə 3 regiondan  birbaşa və dolayı yolla 2500 gənc cəlb edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
45

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
749

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
54

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
36

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
118

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1862
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru