Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Oktyabr

2015
15:30
517
Təəssüf ki, hamı Azərbaycanda devalvasiya gözləyir - Latviyalı sahibkar

Latviyanın Azərbaycana balıq konservləri ixrac edən “Karavela” şirkəti manatın gözlənilən devalvasiyasından narahatdır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda şirkətin səhmdarı və marketinq üzrə direktoru Yanis Endele BNS agentliyinə bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda şərq bazarlarında latviyalı balıq sənayeçiləri üçün şərtlərin müsbətə doğru dəyişməsi gözlənilmir.

“Təəssüf ki, hamı Azərbaycanda devalvasiya gözləyir. Bu yaxınlarda Qazaxıstanda devalvasiya baş vermişdi. Özbəkistanda da milli valyutanın bir az ucuzlaşması baş verir”-deyə Y.Endele bildirib.

O, qeyd edib ki, şərq bazarı ölkələrində milli valyutalar stabil aşağı səviyyədədir və vəziyyətin yaxşılaşacağını göstərən tendensiya müşahidə edilmir.

Biznesmenin dediyinə görə, valyutaların devalvasiyası nəticəsində latviyalı balıq sənayeçilərinin ixrac bazarında dövriyyəsi bu il aşağı düşüb.

Qərb bazarlarında, məsələn, ABŞ-da kifayət qədər böyük qeyri-müəyyənlik hökm sürür, ona görə də proqnoz vermək çətindir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
61

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
93
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru