Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2015
16:11
İnsan alveri qurbanlarına yardımlar göstərilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-sentyabr aylarında 61 nəfər şəxsə maddi, tibbi, psixoloji, hüquqi və s. yardımların göstərilməsini təmin edib. Onların 43 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 18 nəfəri isə insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslər olub. Həmin insanlardan 17 nəfəri psixoloji, 15 nəfəri hüquqi, 7 nəfəri tibbi yardımla, 5 nəfəri sığınacaqla təmin edilib.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edilərək, həmin şəxslərdən 8 nəfərinin məşğulluğunun təmin olunmasına, 12 nəfərinin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmasına köməklik göstərilib. Zəruri olduğu hallarda qeyd olunan şəxslərin bir qismi eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər.

Hazırda insan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan şəxslərin bir hissəsi ilə işlər davam etdirilir. Hesabat dövründə insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən respublikamızın 20 rayon və şəhərində əsasən gənclərin iştirakı "İnsan alverinə yox deyək!" mövzusunda maarifləndirmə tədbirləri də həyata keçirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mədəniyyət Naziri təyin olunub?

03

İyun
15:23
ÖLKƏ
239

Sabah Bakıda 27 dərəcə isti olacaq

03

İyun
13:44
ÖLKƏ
215

Azərbaycanda zəlzələ oldu

03

İyun
13:20
ÖLKƏ
234

Teledərslərin başa çatacağı tarix açıqlanıb

03

İyun
11:57
ELM / TƏHSİL
251

AzTV-nin operatoru karantinə alındı

03

İyun
10:57
ÖLKƏ
453

Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub

03

İyun
10:00
HÜQUQ,HADİSƏ
290

Xarici valyutaların manata qarşı məzənnələri

03

İyun
09:29
İQTİSADİYYAT
306
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 16:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru