Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Oktyabr

2015
14:45
Elə bildim xiyardı, sən demə `maçalka` imiş...

Tovuz sakini Tofiq Ələkbərov öz təsərrüfatında qeyri-adi bitki yetişdirib. Artıq iki ildir adını verə bilmədiyi naməlum növün məhsuldarlığından da yararlanıb.  Əməkdaşımız Cümşüd Bayramlı  adsız, maraqlı bitki barəsində reportaj hazırlayıb.

Tovuzda yetişən bu bitkinin quruluşu kimi qeyri-adi meyvəsi var. Kol bitkisinin özəyi xiyara, yarpaqları lobyaya, meyvəsi isə balqabağa bənzəyir. Müsahibim xiyar toxumu alıb, torpağa əkəndən bir müddət sonra gördüklərindən təəccüblənib.Tofiq Ələkbərov artıq iki ildir ki, bu qəribə canlını becərməyə başlayıb. Becərilməsi üçün xüsusi qulluq tələb etməyən kol vaxtında suvarılmalı və zoğları  iplərə dolanmalıdır.Ailənin xanımı artıq məhsuldan da yararlana bilib. Bir neçə ildir ki, məişətdə bu meyvədən istifadə edir. Tamilə xanım deyir ki, məhsul tam qurudulur daha sonra toxumu götürülür və qabığı soyulur. Növbəti dəfə də bir qədər qurudulduqdan sonra məişətdə cil kimi istifadə olunur. El arasında naməlum bitki növünü cil ağacı adlandırırlar. Ələkbərovlar ailəsi gələcəkdə bitkini geniş ərazidə becərməyi  planlaşdırır. Ailə cil istehsalı ilə məşğul olmağın mümkün olduğu qənaətindədir.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 06:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru