Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2015
14:38
1918
Azərbaycanda nazir-oliqarx erası bitməyə başlayıb - Mehman Əliyev

Artıq ölkədə yüksək post tutan məmurların işlərinin araşdırlması prosesi ciddi vüsət alıb. Nəqliyyat Nazirliyinin demək olar ki, əksər strukturları ondan alınıb və digər nazirliklər arasında bölünüb. Mill Təhlükəsizlik Nazirinin də işdən çıxarılması bu mövzuya hökumətin nə qədər diqqət ayrımasını göstərir. Təhlilçilərin fikrincə proses kifayət qədər geniş sahələri əhatə edə bilər.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, baş verənlər ümumi ölkənin daxil olduğu böhrandır: “Son vaxtlar hökumətdə baş verən prosesləri nə islahatlar adlandırmaq olmaz, nə də hökumətdaxili proseslərin nəticəsi kimi dəyərləndirmək olmaz. Baş verənlər ümumi bir ölkənin daxil olduğu böhrandır. Böhran artıq ötən ildən özünü biruzə verirdi. Amma bu il böhran köklü şəkildə özünü göstərməyə başlayıb.

Artıq Azərbaycan uzun müddətli böhrana daxil oldu. Bununla da bağlı kursun dəyişməsi lazım olacaq. Eyni zamanda cəmiyyətlə münasibətlərdə dəyişiklik olmalıdır. Artıq dəfələrə qeyd etdiyim kimi ölkədə neft erası bitdi. Bu baxımdan yalnız qeyri-neft sektorunun inkiaşf etdirilməsi üçün konkret addımlar atılmalıdır. Konkret nazirlərlə bağlı proseslərə gəldikdə isə, bu daha çox xarici faktorlara bağlıdır. Çünki, bu qərar birbaşa ölkə başçısının MDB dövlətləri rəhbərləri ilə görüşdən gələn kimi baş verib.

Bu baxımdan düşünürəm ki, nazirin çıxarılmasının bu səfərlə birbaşa əlaqəsi var. Onu da bilmək lazımdır ki, burada hər hansı məmurun işdən çıxarılması önəmli məsələ deyil. Əslində ölkədəki proseslərə yanaşma dəyişilməlidir. Bu həm daxili, həm xarici siyasətdə özünü göstərməldir. Düşünürəm ki, Azərbaycan nazir-oliqarx erası da neft erası ilə birgə bitməyə başlayır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1331

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru