Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Oktyabr

2015
13:12
4749
Vəkil Anar Qasımlı: `Mövsüm Səmədovla bu həftə ərzində görüşəcəm`

Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Mövsüm Səmədovun vəkili Anar Qasımlı FaktXəbər-ə bildirib ki, müvəkkili ilə bu həftə ərzində Qobustan həbsxanasında görüşəcək. Vəkilin sözlərinə görə, Mövsüm Səmədovla bir müddət əvvəl görüşüb və o, həmişəki kimi informasiyasızlıqdan şikayətçidir. 

Anar Qasımlı Mövsüm Səmədovun mənəvi durumunun qaydasında olduğunu deyib.

Vəkil Avropa Məhkəməsi ilə işlərin də hələ davam etdiyini söyləyib.

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın Baş Məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Mövsüm Səmədov 12 il azadlıqdan məhrum edilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2018 08:27

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status