Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2015
11:44
Yağışdan sonra Bakı avtovağzalı ərazisində yeni çatlar əmələ gəlib-FOTO

Bunu da oxuyun

Hamı oturub Sumqayıt yolunda kiminsə ölməsini gözləyir 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki sürüşmə davam etməkdədir.

Dünən gecə yağan yağışdan sonra asfalt örtüyü tökülmüş ərazidə yenidən çatlar əmələ gəlib.

Xatırladaq ki, bu ərazidəki təhlükə mənbəyi hələ də qalır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev də təsdiqləyib.

Ə.Piriyev deyib ki, avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktiv fazadadır. O bildirib ki, yağışlı hava şəraitinin davam edəcəyi təqdirdə yoldakı çatlar daha da genişlənəcək:

“Bu, yol üçün təhlükə yaradır. Təhlükənin neçə faiz olduğunu dəqiq demək mümkün deyil. Bunun üçün orada tədqiqat işləri aparılmalıdır, bilmək lazımdır ki, asfaltın altında hansı kütlə var”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2018 18:06



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com