Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2015
12:55
Bakıda təcili yardım maşınını cərimə meydançasına saldılar

Adının çəkilməsini istəməyən sürücü mətbuata müraciət edərək Bakıdakı təcili yardım stansiyalarından birində sürücü işlədiyini, bir neçə gün əvvəl idarə etdiyi təcili yardım avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına salındığını bildirib:«Mən işdə olduğum vaxt çağırış qəbul olundu və biz həkim heyəti ilə birlikdə çağırışa getdik.

Bu zaman mən qaydanı pozaraq təcili tibbi yardım maşını ilə qoşa xətti tapdaladım. Həmin istiqamətdə olan başqa bir maşın gelib mənim maşınımı vurdu. Hadisə yerinə yol polisləri gəldi. Onlar ambulansı və o biri maşını cərimə meydançasına apardılar. Mənə protokol yazdılar ki, çağırışa gedən zaman qəza şəraiti yaratmısan. Mən deyirəm ki, çağırışa gedirəm, maşında adam ölür, nə edim? Deyirlər, qaydanı pozmaq olmaz».

Həmin şəxs bildirir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət etsələr də, 10 gündür cavab yoxdur. Sürücü işlədiyi təcili yardım stansiyasının rəhbərindən kömək istəsə də, ona bildirilib ki, "maşını necə cərimə meydançasına saldırmısan, get o cür də çıxart".

Sayt bildirir ki, bu cür halların araşdırılması incəlik tələb edir və hər bir halda təcili yardım avtomobilinin cərimə meydançasına salınması və 10 gündən çoxdur orada saxlanılması normal hal deyil. Elə sürücü də bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və oradan da aldığı cavab belə olub ki, təcili yardım maşının cərimə meydançasına salınması düzgün deyil.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
120

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru