Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2015
13:08
316
Bu il Azərbaycanda baş vermiş fövqəladə hadisələrdə 122 nəfər ölüb, 328 nəfər xəsarət alıb

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-ci ilin 9 ayı ərzində respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, 2015-ci ilin 9 ayında respublikada 26 partlayış hadisəsi qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb. 

Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 12111 çıxış edilib. Yanğın hadisələri zamanı 55 nəfər həlak olub, 133 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 41%, xəsarət alanlar üzrə 51 nəfər və ya 62% çoxdur.

2015-ci ilin 9 ayı ərzində respublika ərazisində 12229 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2398  hadisə və ya 24% çoxdur. 

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 61 nəfər həlak olub, 164 nəfər xəsarət alıb.

Nazirliyin xilasediciləri tərəfindən 86 nəfər xilas edilib, 650 nəfər təxliyə olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
50

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
86

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
61

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1009

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
77
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru