Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Oktyabr

2015
10:09
361
Azərbaycanda GMO bitkilər və yeyinti məhsulları məhv ediləcək

Azərbaycanda genetik modifikasiya olunmuş bitkilər və genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları məhv ediləcək.

Nazirlər Kabinetindən FaktXəbər-ə verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətlərini həyata keçirən zaman müvafiq müayinə və ekspertizanın nəticələrinə görə həm də genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunmuş yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsini müəyyən edir.

İnsan qidalanması üçün yararsız sayılmış yeyinti məhsulunun və ya xammalının təkrar sənaye emalı mümkün olmazsa və heyvanların yemlənməsi üçün istifadə olunmazsa, habelə genetik modifikasiya olunmuş bitkilər, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları” onlar məhv ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

24

May
11:21
DÜNYA
5

Nazirlik parklara müdir axtarır

24

May
10:40
ÖLKƏ
46

Azərbaycan nefti 4%-dən çox ucuzlaşıb

24

May
09:37
İQTİSADİYYAT
1067
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 11:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru