Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2015
21:19
7599
“Sarı gəlin” niyə sarıdır?

"Sarı Gəlin" mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var.

Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi çox qədimə gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir - 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" - "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki anlayışda - "rəng" və "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir. Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. Deyilənə görə, o vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Mümkündür ki, ilk dəfədən oxu daşa dəyən cavanlardan biri "səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb.

Bir versiyaya görə "sarı" sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki "sarı sim"ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni "sarı" sözü şeirdə rəmzi məna daşıyır. "Sarı gəlin" insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında "Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.

Bir versiyaya görə Qurani-Kərimin "Bəqərə" surəsi - "Dirildən sarı inək" hissəsi var.

"Sarı" sözünü bir sıra mütəxəssislər Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək vücudu ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. Həmin sarı rəng də bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan "Sarı gəlin"in qadın nəcibliyinə ithaf edilmiş ürfani bir söz kimi tarixdə öz yerini tutduğu söylənilir.

2005-ci ildə "Altın kitab" nəşriyyatı tərəfindən buraxılan "Xalq mahnıları" (tərtibçi redaktoru R.İsmayılov, məsləhətçi prof. M.Qasımlı) toplusunda (səh. 93) "Sarı gəlin" mahnısı 3 bənd (hər bənd 4 misra olmaqla) və təkrarlanan nəqarətdən ibarətdir. Şifahi ədəbiyyatın bayatı formasında yazılan şeirdə bir dənə də olsun arxaik, bugünkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də tədqiqatçılar güman edir ki, şeir XIX əsrin II yarısında meydana gəlmişdir. Şeirin məzmunundan belə anlaşılır ki, onu qoşan (ola bilsin bu hadisəyə bələd olan şair, yaxud xalq üslubunda şeir deyə bilən hər hansısa bir nəfər) şəxs kasıb çobanmış və imkanlı ailədən bir qızla evlənmək istəyirmiş. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmir.

Ümidini kəsməyərək Allahdan nicat, aman, yardım istəyir. Zəmanənin gərdişi elə gətirir ki, vaxtilə üzünü tez-tez gördüyü istəklisini bir daha görə bilmir. Yarının ayrılığına dözməli olur. Özü-özünə təskinlik vermək üçün qoyun otara-otara təqdim olunan məzmundakı bayatını düzüb-qoşaraq çoban tütəyi musiqisilə zümzümə edərmiş. 

Məqalədə : Sarı gəlin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-06-2018 15:08



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com