Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Oktyabr

2015
10:07
521
AZAL prezidentinin yaxın adamına Azərbaycandan çıxmaq qadağası

"Bolqarıstan - Azərbaycan matçını həqiqətən də izləmək istəyirdim. Lakin şəxsən mənimlə bağlı maneə var". Fanat.az xəbər verir ki, bu sözləri Bakının "İnter"inin bolqarıstanlı prezidenti Georgi Nikolov "Trud" qəzetinə müsahibəsində deyib.

Nikolov Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iş üzrə şahid qismində çağırıldığını söyləyib: "Şahid kimi mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən "Şahid olduğun üçün burada qalmalısan" dedilər".

Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var: "Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadı və vəziyyət mürəkkəbdi. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil".

Hazırda "İnter" qarşısında öhdəliklərini yerinə yetirdiyini deyən Nikolov klubun sahibinin dəyişmə prosesinin tezliklə yekunlaşacağını və yeni sahibkarın yeni komanda ilə çalışmaq arzusunda ola biləcəyini söyləyib. Amma o, istənilən halda Azərbaycanı tərk etməkdən başqa çarəsinin qalmadığını açıqlayıb.

Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini bilgiləndirəcəyini söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib: "Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm. Azərbaycanda heç vaxt problemlə üzləşməmişəm. Əksinə, yerli əhali və qurumların həddən artıq xoş münasibəti ilə qarşılanmışam. İş prosesində daim onların tam dəstəyini hiss etmişəm. Burada çoxlu dostum var".

"İnter"in prezidenti problemin yaranma səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı təsisçi və sahib olduğu klubu 3 istiqamətdə - sponsorluq, reklam və yeni obyektlərin tikintisi üçün nəzərdə tutulan kreditləşdirmə üzrə maliyyələşdirib. Martda bank və holdinqin idarəçiliyində dəyişiklik edilib, audit və araşdırmalara başlanılıb. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşüb: "Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidi".

Nikolovun fikrincə, həqiqətən də günah keçisi axtarılırsa, bu, çox təəssüfləndiricidi: "Klub aldığı bütün vəsaitləri lazımi qaydada maliyyə hesabatında sənədləşdirib. Kreditlər mövcud əməliyyat obyektlərinə sərf olunub. Bütün vəsaitlər ədalətli və mövcud hədəflərə xərclənib. Bu məsələdə illər ərzində ciddi məsuliyyətimi qorumuşam. Narahatlığım qeyri-müəyyən durumda olmağımla bağlıdı. Hər bir ölkədə olduğu kimi, burada da yaşamaq üçün razılıq olmalıdı. Amma hələ razılıq verilməyib. Bundan başqa, ölkəni tərk edərək şəxsi və işgüzar məsələlərlə bağlı səfərlərdə ola bilmirəm. Buna görə qayğılıyam. Qəzetiniz vasitəsilə Bolqarıstan hökumətinə müraciət edirəm. Azərbaycan qanunlarına əməl etməkdə günah işlətməyən insana müvafiq institutların kömək göstərib-göstərməyəcəklərini bilmək istəyirəm. Bu məsələdə tam qərarlıyam".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəkidən ona ana fəryad edir - VİDEO

21

May
08:36
HÜQUQ,HADİSƏ
44

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
97

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru