Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2015
15:18
768
Qarabağla bağlı beynəlxalq qalmaqal: 20 mln. dollara kənd salınır–FOTO

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd salınacaq. 

Əsgəran rayonunun Həsənriz (ermənicə Norqyux) kəndinin yaxınlığında yaradılacaq mərkəz aqrar, təhsil və turizm sahələrində müəssisələrin cəmləşdiyi kompleks rolunu oynayacaq.

Oktyabrın 11-də Xankəndidə təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu təşkilat maliyyələşdirəcək.

 Bunun üçün biznesmen 20 milyon dollar vəsait ayırıb.

Eko-kəndin yaradılmasında İsveçrənin “Gutundgu” şirkəti əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın “Tim Flynn Architecs” memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək.

Ekokənd - bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipinə deyilir. Belə kəndlərdə müalicəvi və istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
253

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru