Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2015
10:56
Yol polisi nömrədən bayrağı silənlərə xəbərdarlıq etdi

Bir müddət əvvəl Avtosfer.az saytı avtomobilin dövlət nömrə nişanından bayrağı silənlərlə bağlı məsələ qaldırmışdı.

Bəziləri özünə haqq qazandırmaq üçün iddia edirdi ki, nömrənin üzərindən bayrağın silinməsi nömrənin keyfiyyətsiz olması ilə bağlıdır.

Lakin Baş Dövlət Yol Polisi İdarəsi məsələyə aydınlıq gətirib və bildirilir ki, burada söhbət nömrənin keyfiyyətindən gedə bilməz. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev  bildirib ki, Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 320 mindən çoxdur. Bu qədər nəqliyyat vasitəsinin içərisində təxminən 100 avtomobilin dövlət nömrə nişanında müəyyən qopmalar ola bilər: «Ola bilər ki, avtoyuma məntəqələrində yox, hansısa vasitələrlə, məsələn, şotka ilə sürtmə nəticəsində, müxtəlif zədələrlə siradan çıxsın. Amma götürək elə mənim öz avtomobilimin nömrəsini. 2007-ci ildə aldığım dövlət qeydiyyat nişanı bu gün də avtomobilimin üzərindədir. Heç bir silinmə yoxdur. Nömrə keyfiyyətsiz olsaydı, ola bilməz ki, 1 milyon 320 min avtomobilin 100-də belə hal baş versin. Olsaydı, kütləvi olardı. Nə üçün bayraq məhz bəzi avtomobillərdən silinir? Bu məsələ nömrənin keyfiyyəti ilə bağlı məsələ deyil».

Kamran Əliyev bildirib ki, bəzi sürücülərin düşüncəsinə görə, guya bayrağı nömrədən sildikdə və ya ağartdıqda avtomobil radara və kameraya düşmür: «Bu, tamamilə yalnış fikirdir. Çünki nömrətanıma sistemi yalnız rəqəmlərlə və həriflərlə bağlıdır və buna uyğun informasiya qəbul edir. Heç kim arxayın olmasın ki, nömrənin üzərindən dövlətin atributu olan bayrağı sildikdə kameraya, radara düşməyəcək. Buna inanıb nömrəni qəsdən sıradan çıxaranlara qarşı qanunvericiliklə məsuliyyət nəzərdə tutulub və belə hallar aşkar olunan avtomobilin sürücüsü məsuliyyətə cəlb olunacaq. Əslində, Vətənini, dövlətin sevən hər kəs çalışmalıdır ki, nömrənin üzərindəki bayraqda nəsə kiçik bir solma olarsa, dərhal onu bərpa etsin. Bərpa etmək deyərkən nömrənin üzərinə əlavə rəng çəkmək, başqa üsullardan istifadə etmək nəzərdə tutulmamalıdır. Çünki qanun buna icazə vermir. Bunun üçün həmin şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürərək Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-qeydiyyat şöbəsinə müraciət etməlidir. Burada nömrə dəyişilir və ona eynilə həmin nömrənin yenisi verilir və köhnələr təhvil alınır».

DYP rəsmisi nömrəni itirdikdən sonra saxta nömrələr hazırlatdıran sürücülərə də xəbərdarlıq edib. O bildirib ki, müxtəlif üsullarla hazırlanan belə nömrələri DYP-də dəyişdirmək istəyənlərin arzusu reallaşmayacaq. «Yaxşı olar ki, nömrənin itirilməsi ilə bağlı yol polisinə dərhal məlumat versinlər və başqa dövlət qeydiyyat nişanları alsınlar. İtirilmiş nömrə nə vaxtsa tapılarsa, ilk növbədə həmin şəxsin özünə təklif olunacaq».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3490

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2023

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1776
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 20:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru