Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Oktyabr

2015
11:05
444
Azərbaycan vətəndaşlarına ölkəyə qayıdış şəhadətnaməsinin verilməsinə 2017-ci ildən başlanılacaq

Nazirlər Kabineti "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nda dəyişiklik edilməsi haqqında" 2012-ci il 21 noyabr tarixli qərarında dəyişiklik edib.

Bu qərara görə 2015-ci il dekabrından etibarən xarici ölkədə şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına, eyni zamanda onunla birgə ölkəyə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan vətəndaşına Azərbaycanın diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilməli idi.

Eyni hüquqlar ölkədə qanuni əsaslarla yaşayan vətəndaşlığı olmayan şəxsə, onunla birgə Azərbaycana qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağına da aid edilir.

Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi itmiş, oğurlanmış və ya yararsız hala düşmüş, həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşına qayıdış şəhadətnaməsinin verilməsinə 2015-ci ilin dekabrından başlanılması təxirə salınıb. Bu cür şəhadətnamənin verilməsinə 2017-ci il yanvarın 1-dən başlanacaq. Bu, Azərbaycan vətəndaşlarına yeni nəsil, elektron daşıyıcıya malik şəxsiyyət vəsiqələrinin verilməsinə 2017-ci yanvarın 1-dən verilməyə başlanacağı ilə bağlıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
60

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
90
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 12:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru