Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Oktyabr

2015
16:16
694
Erməni rəqibini məğlub edən güləşçimiz qızıl medal qazandı

Koreyanın Munqyeonq şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunları keçirilir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir. Bu gün başlayan yunan-Roma güləşi yarışlarının ilk günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər mübarizə aparıblar.

80 kq çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala qədər inamlı güləşib. İlk görüşdə Estoniyadan Hardo Tuts (8:2), ardınca Litvadan Julius Mateuzeviçus (4:0) güləşçimizin qarşısında xalçanı məğlub tərk edib. Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də R.Hüseynovun (4:1) qələbəsi ilə nəticələnib və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi Rusiya təmsilçisi Yevgeni Saleev olub. İlk hissədəcə rəqibini təmiz qələbə (5:0) ilə məğlub edən R.Hüseynov Hərbçilərin 6-cı İdman Oyunlarının qızıl medalına sahib olub.

Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaq.

Xatırladaq ki, sərbəst güləş yarışlarında Coşqun Əzimov (70 kq) gümüş və Ağahüseyn Mustafayev (65 kq) isə bürünc medal qazanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
41

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
34

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
183

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
85

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
167

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
111
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru