Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2015
09:10
Radara düşən sürücülərin nəzərinə - VİDEO

Sürət həddini aşan sürücülər haqqında elektron protokollar tərtib edilir və bu “ASAN” ödəniş sistemi ilə onların mobil telefonlarına sms-lə bildirilir. Sms məlumatın gəlməsi üçün mütləq sürücünün mobil nömrəsi yol polisinin məlumat sistemində olmalıdır. Ancaq əksər sürücülərin mobil nömrələri qeydiyyatda yoxdur.

2014-cü ilə qədər avtomobillər qeydiyyata alınarkən sahibinin telefon nömrəsinin yol polisinə verilməsi mütləq deyildi.

Ona görə də xeyli sürücünün mobil telefon nömrəsi yol polisinin məlumat bazasında yoxdur. “ASAN” ödəniş sisteminin tətbiqi ilə mobil nömrənin də qeydiyyata alınması şərt kimi qoyulub. Bu, sürücülərin daha operativ məlumatlandırılması məqsədi daşıyır.

Məsələn radarların sürət rejiminin yenidən tənzimlənmasindən sonra 38 min nəfər saatda 10-20 kilometr sürət həddini aşdığına görə cərimələnmişdi. Onların neçə faizinə sms məlumatın gəlməsi məlum deyil.

Düzdür, sonradan elektron protokollar vətəndaşın yaşadığı ünvana göndərilir, amma mobil nömrənin qeydiyyatda olması mübahisəli məsələlərin həllində yardımçı ola bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13567

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
12242

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13655

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
13239

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18604

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
13103

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
13231
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 18:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru