Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2015
14:58
436
İTV Qarabağın təbliğatını dayandırdığı üçün cəzalandırıldı

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib.

MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.  

Məhkəmə şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.  

Qeyd edək ki, İTV “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə şura məhkəməyə müraciət edib.  

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.

Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi.   

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
42

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
747

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
52

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
35

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
117

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1861
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru