Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2015
11:46
797
Qarabağ döyüşçüsü ANS-in həyətində niyə özünü yandırdı? - FOTOLAR

Bir müddət əvvəl qarabağ əlili olan Ayaz Hüseynov Səbail rayonu ərazisində, ANS-in həyətində özünü yandırmışdı. Bu haqda mətbuatda qısa xəbər getsə də, hadisənin əsas təfərrüatları qaranlıq qalmışdı. Mərhumun ailəsi 42 yaşlı Ayaz Hüseynovu intihara sürükləyən səbəbləri danışıb. Ayazın anası Sonaxanım Hüseynova saytımıza açıqlamasında bildirdi ki, oğlunun özünü yandırması bələdiyyə ilə torpaq mübahisəsinə görə baş verib. 

Ayaz barədə məlumat verən S.Hüseynova oğlunun başına gələnləri danışıb. Onun sözlərinə görə, oğlu 1993-cü ilin martın 31-də Kəlbəcər işğal olunan vaxt ermənilər tərəfindən əsir götürülmüşdü: ''Ayaz 7 ay əsirlikdə qaldı. Sonra bizə dedilər ki, dəyişmək mümkündür. O vaxt Milli Məclisində xadimə işləyirdim. O, vaxt prezidentimiz olan Heydər Əliyevə məlumat verdilər. Onun köməkliyi ilə bu məsələ həll olundu. Bizə xəbər gəldi ki, Ayazı dəyişmək üçün pul lazımdır. İki evimi satdıq, pul topladıq. Yodaşım, qaynım və yeznəm Gürcüsana getdilər. Orda erməni muzdlulara həmin pulu verdilər. Qırmızı körpü ərazisində Ayazı bizə təhvil verdilər. Əsirlikdən gələndən sonra Ayazı MTN-ə aparıb çəkiliş etdilər. Ona verilən işgəncələr lentə alındı və ölkəmizə gələn xaricilərə erməni işgəncələrini sübut edən fakt kimi göstərdilər’’.

S.Hüseynova dedi ki, əsirlikdə Ayaza dəhşətli işgəncələr vermişdilər. Qarnın doğramışdılar, hətta qəbrin özünə qazdırmışdılar. Elə o vaxtdan başında travma vardı. 

''Əsirlikdən qayıdandan sonra Ayaza torpaq ayrılmalı idi. O vaxt Baş prokuror Zakir Qaralovun əmisi Zahid Qaralovun qardaşı bələdiyyə sədri idi. Ona məktub yazdım, oğluma Zığda 3 sot torpaq ayırdılar. Sonra gedib-gəldim, lakin torpaq verilmədilər. Əsaslandırıldı ki, həmin ərazi neft torpağı olduğundan icazə verilmir. Sonra yenidən Suraxanı rayon icra Hakimiyyətinə məktub yazdım, lakin bələdiyyədən dedilər ki, torpaq ayıra bilməzlər. İcra hakimiyyəti Ayaza kərpic zavodunda iş veriləcəyini söz verdi, bu da alınmadı. Ayaz da elə buna görə, qurban getdi.  Sonra yenə bələdiyədən məktub gəldi. Ayaz bələdiyyəyə getdi, sonra əsəbi gələrək dedi ki, onu ələ salıblar. Bələdiyyədən nə dedilər bilmirəm, gedib ANS-in həətindən özünü yandırdı''.

  S.Hüseynova deyir ki, hadisə baş verən gün Ayaz evdə çimdi, səliqəli geyindi və evdən çıxdı. Hiss edirdim ki, o nəsə oyun çıxaracaq: ''Ayaz gedəndən sonra ondan iki gün xəbər çıxmadı. Başımız başqa yasa qarışmışdı. Polis də bizə zəng edərək sorğu-sual edirdi, amma Ayazdan heç nə demirdi. Bir gün səhər bələdiyyə sədrinin müavini bizə gəldi. Dedi ki, Ayaz neyləyib ki, onu prokurorluğa çağırıblar. Elə həmin gün bizə dedilər ki, Ayaz xəstəxanadadır və özünü yandırıb’’.

Mərhumun anası qeyd etdi ki, Ayazı özünü yandıranda ANS-in həyətində ona köməklik edən bir işçinin də qolları yanmışdı.  Ayazın bədəninin 85 faizi yanmışdı. O, 10 gun komada qalandan sonra dünyasını dəyişdi. 

Məsələ ilə bağlı Səbail rayon Prokurorluğundan bildirilib ki, istintaq sirri olduğundan heç bir açıqlama verilmir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
121

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
256

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2353
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 09:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru