Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2015
22:03
Gəncə iri meqapolisə çevrilir

Gəncə şəhərinin sonuncu baş planı 43 il əvvəl, 1967-ci ildə hazırlanıb və 1990-cı ilə qədər olan dövrü əhatə edib. Yeni baş plan 2013-cü ildə işlənilib. İcraçı təşkilatı "Azərdövlətlayihə" olan baş plan təsdiq olunma ərəfəsindədir. Hesab dövrü 2030-cu ilə qədərdir. Hazırda Gəncədə aparılan irimiqyaslı quruculuq və abadlıq işləri məhz həmin sənədə əsasən həyata keçirilir.

FaktXəbər Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yeni baş planda şəhərin inkişaf perspektivləri nəzərdə tutulub. Sənədə əsasən Gəncənin 9980 hektar olan ərazisi təxminən iki dəfə böyüyərək 17 min hektara çatdırılıb. Hazırda sosial-iqtiadi əlaqələr saxlanılmaqla lazımi infrastruktur qurulur və bu sahədə olan nöqsanlar aradan qaldırılır.

Gəncə şəhər Şəhərsalma və Memarlıq İdarəsinin rəisi, şəhərin baş memarı Azad Əliyev bildirib ki, Avtozavod, “İmamzadə” yolu, Nizami, Ş.İ.Xətai, H.Əliyev prospektləri, Əziz Əliyev, Vəli Xuluflu, 28 May, Mehmandarov, Əhməd Cəmil küçələri artıq genişləndirilib. Plana əsasən Nizami prospektinin daha da genişləndirilməsi üçün küçənin Şəmkir istiqaməti üzrə sol hissəsində olan binalar da söküləcək. Şəmkir yolundan Poçt, Şıxzamanlı qəsəbələri, İmamzadə yolu daxil olmaqla Qala qapılarını da əhatə edəcək dairəvi yol salınacaq.

Yeni plana görə Gəncədə fərdi yaşayış evləri çoxmərtəbəli binalarla əvəz olunacaq.

Məlum olduğu kimi, Gəncə şəhəri seysmoloji ərazidir. Odur ki, baş planda binaların tikintisində 9 bal gücündə zəlzələyə davamlılıq nəzərə alınıb.

Baş planın hesabat dövrü ərzində şəhərdə çoxmərtəbəli, gözəl infrastruktura malik binaların tikilməsi, yeni yaşayış massivlərinin salınması, müəssisə və obyektlərin açılması nəzərdə tutulub. Avropa ölkələrində olduğu kimi, Gəncədə də yaşayış binalarının şəhərdən bir qədər kənarda tikilməsi perspektivi nəzərə alınıb. Şəhərin genişləndirilməsində tarixi abidələrə daha diqqətlə yanaşılır. Odur ki, qədimilik və müasirlik vəhdət təşkil etsə də, daha çox şəhərin özünəməxsus milli memarlıq üslubuna üstünlük verilir. Şəhərdə 300-400 illik tarixə malik bişmiş kərpicdən tikilən qədim binalar restavrasiya olunur.

A.Əliyevin sözlərinə görə şəhərin ümumi görünüşünə təsir edən bir sıra binaların eyvanlarında quraşdırılan əlavə konstruksiyalar və artırmalar sökülüb. Yerdə qalan artırmaların aqibətinə gəlincə, onların sökülməsi nəzərdə tutulmayıb.

Hazırda tikintisi davam edən Gəncə Dövlət Filarmoniyası, Heydər Əliyev, “İmamzadə” kompleksləri kimi möhtəşəm tikililər isə şəhərin görkəmində əhəmiyyətli rol oynayacaq. Müasir yeniliklər bununla bitmir. Hazırda Gəncə çayının sağ sahilində 150 hektar ərazini əhatə edən Park-Bulvarın salınması ilə bağlı işlər davam edir. Çayın üzərində 4 şəlalə və süni su hövzəsi yaradılır. Velosiped yolu, "Əli və Nino" memarlıq kompeksi də bulvarın tərkib hissəsi olacaq. Çayın sağ qolunda yerləşəcək Kitab evi, Mətbuat evi, Uşaq Əyləncə Mərkəzi və yaşayış binaları inşa edilir. Yeni tikilərək ötən il istismara verilən Uşaq Yaradıcılıq Mərkəzi, Məshəti Muzeyinin yerləşdiyi Gəncə çayının sol sahilinə gəlincə, burada bəndsalma işləri aparılır.

A.Əliyev bildirib ki, həmin ərazidə yerləşən 50-yə yaxın həyət evi gələn ilin əvvəlində söküləcək. Yerində isə hündürmərtəbəli yaşayış binaları inşa ediləcək.

Bir sözlə, Yeni baş planda 2030-cu ilədək şəhərin infrastrukturunda və funksionallığında bir sıra yeniliklərin edilməsi, Gəncənin iri meqapolisə çevrilməsi nəzərdə tutulur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43644

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41960

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43607

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43077

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48588

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43485
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-09-2020 17:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru