Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Oktyabr

2015
12:06
667
Təhsil Nazirliyi 8-ci sinif “Azərbaycan dili” dərsliyiylə bağlı danışdı

“8-ci sinif “Azərbaycan dili” dərsliyində verilmiş mətnlə bağlı nəinki TQDK-nın, hətta digər qurumların da rəylərində heç bir irad və təklif qeyd olunmayıb”. Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, TQDK-nın və digər qurumların qalib elan olunmuş dərsliklərlə bağlı verdiyi yekun rəylərdə göstərilən qeydlər təkmilləşdirmə məqsədilə həmin dərsliyi hazırlayan nəşriyyata təqdim olunub, irad və təkliflərin böyük əksəriyyəti nəzərə alınıb.

Qeyd olunub ki, müsabiqədə qalib elan olunmuş bütün dərsliklərdə olduğu kimi, 8-ci sinif “Azərbaycan dili” dərsliyi də çoxsaylı mütəxəssislərin verdiyi rəylər əsasında yenidən işləndikdən sonra nazirlik tərəfindən onun nəşrinə razılıq verilib: “Bütün rəylərdə göstərilən irad və təkliflərin böyük əksəriyyəti müəlliflər və nəşriyyatlar tərəfindən nəzərə alınır. Lakin bu yanaşma müəllif hüququnun pozulması anlamına gəlməməlidir”.

Qeyd edək ki, TQDK 8-ci sinif “Azərbaycan dili” dərsliyinin maketinin qeyd edilən meyarlar üzrə tələblərə tam cavab vermədiyi haqda məlumat yayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
93

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1351
Şərhlər
anonim tərəfindən 06-10-2015 07:10:45 tarixində yazıldı
dərslik
qurumların rəylərində irad və təklif olması üçün o onlar heç olmasa həmin dərslikləri diqqətlə oxuyub müzakirə etməlidirlər. Lakin ötəri nəzərdən keçirib "bunu kim yazıb....həəəə, yaxşı.......". Belə variant hər addımdadır. Senzura lazımdır!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru