Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2015
15:30
553
`Azərbaycanda qadın sürücülər kişilərdən intizamlıdırlar`

Sükan arxasında qadının əyləşməsi ətrafdakıların marağına səbəb olmaqda davam edir. Bir çoxları bunu zəif cinsin nümayəndələrinə yaraşdırsa da, bəziləri narazılığını dilə gətirir. Kişi sürücülərin əksəriyyəti iddia edir ki, qarşıda gedən avtomobilin manevrlərindən onun sürücüsünün qadın olması anlaşılır. Kişilərin fikrincə, qeydə alınan qəzaların çoxu səriştəsiz qadın sürücülərin ucbatından baş verir.

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov qadın sürücülərin səriştəsiz olmadığı qənaətindədir. O, Modern.az saytına deyib ki, orta statistik rəqəmlərdə baş vermiş ağır qəzalarda payı olan qadın sürücülərin sayı çox cüzidir:

"Ölkəmizdə xeyli sayda insan itkisi ilə nəticələnən yol-nəqliyyat hadisələrinə səbəb qadın sürücünün olması az rast gəlinən haldır.

Dünya statistikasında da belədir ki, kişi sürücülər qadınlardan daha intizamsızdırlar. Bizim ölkədə qadın sürücülərin törətdiyi yol-nəqliyyat hadisələri ona görə diqqəti cəlb edir ki, sadəcə, sükan arxasında qadınlar olurlar. Hazırda Azərbaycanda 2 milyon insanın sürücülük vəsiqəsi var. Onun da 50 mindən bir az artığı qadınlardır. Bu da ümumi sürücülərin 2,5 faizi deməkdir".

Ərşad Hüseynovun fikrincə, bizim sürücülərin intizam anlayışının özü yanlışdır:

"Bir çoxları yaxşı sürücü deyəndə, hər cür hoqqadan çıxmağı bacaranları nəzərdə tutur. Qadınlar, adətən astagəl olur, səhv manevrlər etmirlər. Belə olan halda kişilər düşünür ki, kimsə qaydalara riayət edir və özünü ora-bura soxmursa, deməli, yaxşı sürücü deyil.

Bəli, hazırlıq səviyyəsi həddindən artıq bərbad olan qadın sürücülər təhlükədir. Yolun hərəkət hissəsində avtomobili düzgün yerləşdirməyən, başqasına yol verməyən, ağlına gələni edənlər də var. Amma çox azdır.

Ümumilikdə, qadınların astagəlliyi intizamsızlıq deyil. Yol hərəkəti təhlükəsizliyi baxımından elə olmaq lazımdır. Bu gün Azərbaycan sürücüləri ümumən intizamsızdır. Məsələn, 3 zolaqlı yolda bir balaca tıxac olanda həmin yolu 5 zolaq düzəldirlər. Bu, mədəniyyətsizlikdir və tıxacın yaranma səbəblərindəndir.

Azərbaycanda sürücü hazırlığı və sürücü mədəniyyəti bərbad vəziyyətdədir. Kişilər təhlükəli manevrlər, qadınlar da daha çox astagəllik edərək intizamsızlıq edirlər. Sadəcə, intizamsız kişilərin qadınları intizamsızlıqda ittiham etməsini doğru saymıram".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1332

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru