Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2015
22:33
519
Azərbaycan bankları xərclərini azaldacaq

Azərbaycan Banklar Assosiasiyası (ABS) bankların xərclərini azaltmaq məqsədilə mərkəzləşdirilmiş strukturlar yaratmağı təklif edib. Bunu ABS-nin rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu strukturların yaradılması məsələsi assosiasiya yanında formalaşdırılacaq işçi qrupları çərçivəsində müzakirə olunacaq.

Bu barədə qərar ABS İdarə Heyətinin növbəti iclasında qəbul edilib. Z.Nuriyev qeyd edib ki, əsas məqsəd bir bankın kartının digər bankların bankomatlarında istifadəsi zamanı komissiya xərclərinin azaldılmasıdır: "Hazırda bir bankın kartı digərlərinin bankomatlarında istifadə edilərkən komissiya xərci 1,5 faiz təşkil edir. Kart sahiblərinin istənilən bankın bankomatlarından rahat istifadə edə bilmələri üçün komissiya xərclərini azaltmaq istəyirik".

O, əmin olduğunu bildirib ki, banklarla danışıqların yekunu üzrə komissiya həcminin azaldılması barədə razılaşma əldə ediləcək: "İlk növbədə, bankların qurğuların alınması və bankomatlara xidmət göstərilməsi üzrə xərclərini nəzərə alaraq, onlar üçün məqbul stavkanı hesablamaq lazımdır. Xeyli sayda bankomatları olan bankın xərcləri də çoxdur. Buna görə də bank xərclərini ödəmək üçün tariflərini optimallaşdırır".

Z.Nuriyev əlavə edib ki, ABS bir regionda yerləşən bankların müxtəlif filiallarına valyuta vəsaitlərinin mərkəzləşdirilmiş tədarükü üçün xüsusi struktur yaratmağı təklif edib: "Bu, banklara inkassasiya xərclərini azaltmağa kömək edəcək".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1331

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
170

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
121
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 04:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru