Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2015
12:46
1255
`Ölüm mikroavtobusu`nun sürücüsü həbs edildi - VİDEO (18+)

Sentyabr ayının 17-si Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında 3 nəfərin ölümü, 10 nəfərin xəsarət almasına səbəb olan sürücüsü həbs edilib. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi, polis mayoru Cəsarət Bayramov deyib.

Onun sözlərinə görə, hadisəni törədən sürücü qəza vaxtı beyninə qan sızdığı üçün uzun müddət xəstəxanada müayinə edilib.

"Hazırda onun vəziyəti normal olduğu üçün 1988-ci il təvəllüdlü Baloğlan Güloğlan oğlu Ağakişiyev Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirləndirilərək barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətiimkan tədbiri seçilib."

Videoya ürəyi zəiflər baxmasın (18+)

Müstəntiqin sözlərinə görə, Baloğlan Ağakişiyev sürücülük vəsiqəsində "d" kateqoriyası olmadan mikroavtobusu idarəetmə, sükan arxasında yuxulama, sürət həddini aşmayə görə təqsirli bilinir ki, belə olan halda ona, 10 ildən 13 ilə qədər həbs cəzası verilə bilər. Sürücünün iki azyaşlı övladı var.

Hadisənin baş verdiyi ərazinin xəritəsi

Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılmış, nəticədə 3 nəfər dünyasını dəyişmiş, 9 nəfər xəsarət almışdı. Yaralılardan iki nəfərin ayağını dəmir məhəccər qoparmışdı.

Hadisə baş verən zaman ilkin ehtimal olaraq yüksək sürət və sürücünün sükan arxasında yuxulaması göstərilmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yasamalda yaşayış binası yanır

20

Avqust
11:37
HÜQUQ,HADİSƏ
30

Azərbaycan əhalisinin gəlirləri artıb

20

Avqust
09:50
İQTİSADİYYAT
1865

Xarici valyutaların manata qarşı məzənnələri

20

Avqust
09:28
İQTİSADİYYAT
361

Brent nefti bahalaşıb, WTI isə ucuzlaşıb

20

Avqust
09:20
İQTİSADİYYAT
712

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
325

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
1022

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
236
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru