Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
17:07
571
ABŞ şirkətləri Qarabağı oylağa çeviribmiş - SİYAHI verildi

Nazir bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, o cümlədən enerji, sənaye, İKT, təhsil və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini bildirib.

Azərbaycan iqtisadiyyatı, dünyadakı iqtisadi böhranın ölkə iqtisadiyyatına təsirinin qarşısını almaq istiqamətində görülmüş qabaqlayıcı tədbirlər, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə məlumat verən Ş. Mustafayev iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri qeyd edib. Bildirilib ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir, bu sahədə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edilir.

Nazir Azərbaycanın kənd təsərrüfatı, neft maşınqayırması, əczaçılıq, İKT, neft-kimyası sahələrinə investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb. Azərbaycanın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə əməkdaşlığına toxunan Ş. Mustafayev təşkilatın maliyyə dəstəyi ilə Azərbaycanda 50-dən çox layihənin həyata keçirildiyini qeyd edib.

Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha səfirin diqqətinə çatdırıb, Azərbaycanın işğal olunan ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edərək, bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.

R. Sekuta ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycana yeni təyin olunmuş direktoru xanım Mikaela Meredisi təqdim edib, ölkələrimiz arasında iqtisadi əlaqələr, investisiya qoyuluşu, ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə danışıb. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri barədə fikirlərini bildirən səfir R. Sekuta ABŞ-ın ticarət missiyasının 2015-ci ilin noyabrında Azərbaycana səfər edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və ABŞ arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, qarşılıqlı maraq doğuran digər məsələlərə, eləcə də ABŞ-ın Ticarət nazirinin dəvəti ilə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin ABŞ-a səfərinə dair müzakirələr aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
120

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
254

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2344
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-05-2019 08:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru