Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

02 Oktyabr

2015
16:25
1633
Bank VTB öz işçisinə məhkəmədə uduzdu

Nəsimi Rayon Məhkəməsində Bank VTB-nin (Azərbaycan) işdən çıxarılmış “Sahil” filialının rəhbəri Böyükağa Məmmədovun iddiası üzrə qərar qəbul edilib. Bu barədə “Report”a vəkil Əkrəm Həsənov məlumat verib.

Belə ki, hakim Pərviz Hüseynovun qəbul etdiyi qərarla Böyükağa Məmmədov əvvəlki vəzifəsinə bərpa edilib. “Böyükağa Məmmədov işdən korrupsiya qalmaqalı (müştəriyə kreditin verilməsi əsnasında) nəticəsində azad olunmuşdu. Lakin məhkəmə işdən çıxarılmanın əsassız olduğu qənaətinə gəlib”, - Ə.Həsənov bildirib.

Bundan başqa, hazırda Nəsimi Rayon Məhkəməsində Bank VTB-nin işdən çıxarılan digər iki işçisinin də banka qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesləri gedir. Ə.Həsənov bildirib ki, onların işdən çıxarılması səbəbi bankın son illərdə açdığı filialların təmiri əsnasında 600 000 manatın yeyintisidir: “İşçilər bu məsələnin ümumiyyətlə onlara aid olmadığını iddia edir”.

Qeyd edək ki, B.Məmmədovun vəkili Aqil Layicov, Bank VTB-ni məhkəməyə verən digər iki nəfərin vəkili isə Polad Cabbarlıdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru