Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
15:26
604
Azərbaycan gələn ildən icbari tibbi sığortanın tətbiqinə başlayır

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2016-cı ildən başlanılacaq. Artıq bunun üçün tələb olunan qanunvericilik bazası formalaşıb və gələn ildən praktiki işlər həyata keçiriləcək.

Bunu maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Nazir, həmçinin Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı sualları da cavablandıraraq qeyd edib ki, keçimiş rəhbərlik zamanı bankda böyük səhvlərə yol verilib. Ona görə də rəhbərlikdə işləyənlər işdən uzaqlaşdırılıb, hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılır: "Belə ki, dəfələrlə qeyd olunduğu kimi, kreditlər üçün girov təminatı alınmayıb, Mərkəzi Bankın normativ tələblərinin pozulması kimi nöqsanlar ortaya çıxıb".

"ABB ölkənin ən iri bankıdır, burada əhalinin böyük həcmdə əmanətləri var, əmanətçilərin maraqlarını qorumaq məqsədilə dövlət başçısının fərmanı ilə müəyyən sağlamlaşdırma tədbirləri ilə bankın özəlləşdirməyə hazırlanmsı istiqamətində işlər gürülür. Hazırda bankda pis aktivlərin digər quruma ötürülməsi həyata keçirilir", - S.Şərifov əlavə edib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
0

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru