Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2015
13:20
434
Azərbaycan bankları yüksək riskli ölkələr qrupuna salındı

"Standard&Poor`s” beynəlxalq reytinq agentliyi Azərbaycanı bank sistemi üçün yüksək riskin olduğu ölkələr qrupuna daxil edib.

Oxu.Az “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd edilir.

“Şirkətlərinin müxtəlif valyutalarda aktiv və öhdəçiliyi olan ölkələrin bankları real risk daşıyırlar. Avropa, Yaxın Şərq, Afrika regionunda bu ilk növbədə Azərbaycan, Qazaxıstan, Ukrayna və Nigeriyaya aiddir”, - agentlik bildirib.

“Avropa, Yaxın Şərq, Afrika regionu ölkələrində valyutanın qiymətdən düşməsi bankların riskini necə artırır?” adlı hesabatında region bankları üçün risklərin xarici valyutaların və əsas payın valyuta depozitlərinə məxsus olması ilə əlaqədar olduğu, məsələn, Azərbaycanda olduğu kimi, depozitlərin yarısının xarici valyutanın payına düşdüyü qeyd edilir.  

Hesabatın müəlliflərinin fikrincə, xarici valyuta ilə əldə edilən malların dəyərinin artması amili bankların gəlirinə təsir edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
0

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
102

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1383
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 09:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru