Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2015
16:21
316
Azərbaycanda 60 nəfər valideynlik hüququndan məhrum edilib

Dünyada olduğu kimi, Azərbaycanda da ildən-ilə boşananların sayı artır. İlk vaxtlar sadə görünən boşanma halları özündən sonra bir çox problemləri də gətirir. Valideynlərin ayrılması ilk növbədə onların övladlarına psixoloji təsir göstərir. Bu prosesdən sonra valideynlərdən birinin uşaqla yetərincə maraqlanmaması isə sonda onların bu hüquqlardan məhrum edilməsi ilə nəticələnir.

Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, 2014-cü ildə birinci instansiya məhkəmələrində valideyn hüquqlarından məhrum etməyə dair 98 mülki işə baxılıb. O qeyd edib ki, mülki işlərdən 60-da iddialar təmin edilib.

"Dövlət Statistika Komitəsində məhkəmə işlərinə dair mövcud məlumatlar əsasında birinci instansiya məhkəmələrində baxılmış işlərin sonrakı instansiya məhkəmələrindəki (apelyasiya instansiyası məhkəmələrində və Ali məhkəmədə) taleyini müəyyənləşdirmək mümkün deyil.  2015-ci ilin birinci yarısında valideyn hüquqlarından məhrum etməyə dair mülki işlərlə bağlı statistik məlumatlar cari ilin oktyabr ayının birinci yarısında hazır olacaq"-deyə.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
51

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
87

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
61

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1009

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
77
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru