Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2015
12:47
406
Sumqayıtda sürücü özbaşınalığıyla mübarizədə analoqu olmayan addım

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsi nəqliyyat sistemində yeniliyə imza atıb.

Bu barədə Xeberle.com-a eksklüziv açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin Mətbuat katibi Səidə Bəkirqızı məlumat verib. S. Bəkirqızı bildirib ki, bu yenilik nəinki, Azərbaycanda, hətta dünyada bir ilkdir:

"Sumqayıtda fəaliyyət göstərən şəhərdaxili marşrutların (1dən - 35-ə qədər) hamısında QR Code quraşdılacaq. QR Code hazırda ən geniş və sürətlə yayılan informasiya daşıyıcı növüdür. Bu ciplər vasitəsiylə istənilən sərnişin qarşılaşdığı neqativ hallarla baglı Sumqayıt regional şöbəsinin məlumat mərkəzinə avtomatik məlumat öturəcək. Əgər sürücü iş zamanı sərnişinlərlə kobud rəftar edərsə, mobil telefonla danışarsa, siqaret çəkərsə, avtomobili yüksək surətlə idarə edərsə dərhal məlumat mərkəzinə informasiya gondəriləcək. Məlumat mərkəzində daxil olan informasiya təhlil ediləcək və müvafiq tədbirlər həyata keçiriləcək. Bunun üçün sərnişin mobil telefonuna xususi proqram yukləməlidir. Proqram Android tipli telefonlar tərəfindən dəstəklənir. Yeni sistemin yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək və yeniliyin mahiyyəti barədə ictimaiyyət məlumatlandırılacaq."

Yeri gəlmişkən, onu da qeyd edək ki, Sumqayıtda artıq istifadəyə yararsız, kiçik tutumlu mikroavtobusların yığışdırılmasına başlanılıb. Bundan sonra Sumqayıtda sərnişindaşıma ilə məşğul olan nəqliyyat sistemində daha rahat və sərnişinlərin ürəyincə olacaq avtobuslar istifadəyə veriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
40

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
300

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
132

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
60

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
123

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
52
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 22:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru