Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2015
11:55
Bakıda dəhşətli qətl: Meyiti hissələrə bölərək meşədə basdırıblar

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə "Report"a Yasamal Rayon Prokurorluğundan bildirilib. 

Məlumata əsasən, 40 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat araşdırılarkən məlum olub ki, onu həyat yoldaşı 39 yaşlı Lalə Mahmudova və həyat yoldaşının Sədi adlı tanışı qətlə yetirib. 

Lalə tanışı Sədi ilə birlikdə meyiti hissələrə bölərək İsmayıllı rayonunda meşəlik sahədə basdırıblar.

Hər iki şəxs saxlanılıb. Meyit İsmayıllıda hissələrə ayrılmış halda basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 01:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com