Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Oktyabr

2015
09:58
Yol polisi: Bakıda yol nişanları və işıqforların görünməsi asanlaşacaq

Bakıda sürücülərin yol nişanlarını, işıqforları görməsi, eləcə də yollardakı müşahidə kameralarının ətrafı izləməsi asanlaşacaq. Belə ki, artıq yol nişanları və işıqforların görünməsinə, həmçinin müşahidə kameralarının işinə əngəl yaradan maneələr aradan qaldırılır. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, bu məqsədlə paytaxtda yol kənarlarında yüzlərlə ağacın budanması işləri aparılıb: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsi əməkdaşlarının paytaxt ərazisində keçirdiyi reydlər zamanı bəzi yerlərdə ağacların budaqlarının yol nişanlarının, işıqforların görünməsinə, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyinə mane olduğu aşkar edilib. Bununla əlaqədar İdarənin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsi müvafiq rəy verib. Həmin rəyin əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri ilə birgə tədbirləri nəticəsində şəhərdə yüzlərlə ağac budanıb. Bununla da yol kənarlarında yol nişanlarının və işıqforların rahat görünməsi, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyi təmin edilib. Artıq işlər sona çatmaq üzrədir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 04:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru