Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
16:26
650
Dilqəm Əsgərovun oğlu Azərbaycanı tərk etdi

Bu gün ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun doğum günüdür. Düşmən əsarətində olan Dilqəmin 55 yaşı tamam olur. Onun həsrətlə yolunu gözləyən ailəsi ümid edir ki, Dilqəm 56 yaşını öz vətənində qeyd edəcək. Girovun qardaşı Sahib Musayev bildirib ki, ad günü ərəfəsində Dilqəm ailəsinə məktub göndərib.

“Qardaşımdan məktub aldıq. O, səhhətinin yaxşı olduğunu qeyd edib. Yazıb ki, narahat olmayın, hər şey yaxşı olacaq. Məktubda Dilqəm onun girovluqda saxlanması ilə bağlı Avropa Məhkəməsinə etdiyimiz müraciətə diqqət çəkib. Yazıb ki, müraciətin nəticəsi necə olub? Məktub çox qısadır. O, hər kəsə salam deyib”-deyə S.Musayev qeyd edib.

Ad günündə Dilqəm üçün ən üzücü xəbər isə oğlunun Azərbaycanı tərk etməsidir. Qardaşının sözlərinə görə, Dilqəmin oğlu Kürdoğlu Əsgərov işsiz olduğu üçün Azərbaycanı tərk edərək Rusiyaya köçüb: “Kaş ki, bu günlərimizdə Dilqəm bizim yanımızda olaydı. Ermənilər Dilqəmi geri vermək istəmirlər. Onun oğlu Kürdoğlu da Azərbaycandan köçüb Moskvaya getdi. Yazıq nə eləsin, işi-gücü yox idi. Atası erməni girovluğunda, oğlu isə yad bir ölkəyə gedib pul qazanır. O, işsiz qalmışdı. Bilmirdi ki, nə etsin? ”.

Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM maksimal balı açıqlayıb

27

May
10:51
ELM / TƏHSİL
40

Konqoda gəmi batıb: 30 ölü var

27

May
10:08
DÜNYA
85

Neft bahalaşıb

27

May
09:51
İQTİSADİYYAT
60

Musa Yaqub evə buraxıldı

27

May
09:48
DÜNYA
1008

Goranboyda dolu yağdı

27

May
09:39
HÜQUQ,HADİSƏ
75
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2019 11:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru