Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
15:57
347
Qarabağ qazilərinin layihəsi başa çatdı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Qarabağ qaziləri" birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qarabağ əlillərinin problemlərinin həllinə dəstək" layihəsi çərçivəsində III - sonuncu konfransı keçirilib.

"Qarabağ qaziləri" birliyinin sədri Etimad Əsədov konfransı açaraq konfransın gündəliyində duran məsələdən danışıb. Qazilərin problemlərindən danışan birlik sədri birinci konfrans zamanı qaldırılan bir çox məqamlara toxunub. Bildirib ki, layihə zamanı Qazilər tərəfindən səslənən fikirləri ümumiləşdirilərək müvafiq dövlət strukturunun rəhbərlərinə müraciətlər edilib. Onun sözlərinə görə, artıq bir sıra müsbət nəticələr də var.

Layihənin icrasına dəstək verən digər təşkilat "Vətən Müharibəsi Əlilləri" birliyinin sədri Firudin Məmmədov layihənin əsas məqsədinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. O, bu məqsədlə beş ay davam edən layihə çərçivəsində 3 konfransın keçirildiyini, maarifləndirici bukletin hazırlandığını və iştirakçılara paylandığını bildirdi.

Qarabağ qaziləri birliyinin sədri Etimad Əsədov bu və digər layihələrə dəstək verdiyi üçün, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına onun sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.

Layihənin məqsəd və vəzifələrindən danışan konfrans iştirakçıları bu layihənin icrasını yüksək qiymətləndiriblər.

Bununla da layihənin icrası başa çatıb./olaylar.az/

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
610

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1162
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-05-2019 23:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru