Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
15:09
445
Yüzlərlə azərbaycanlı zəvvar vətənə dönə bilmir

Vətənə geri dönmək istəyən azərbaycanlı zəvvarlar hava limanında ciddi problemlə qarşılaşıb.

Sentyabrın 29-da 906 zəvvar Azərbaycana geri dönməli idi. Lakin təyyarə olmadığından və uçuş yubandığından onlardan cəmi 265 nəfəri geri qayıda bilib. 641 zəvvar isə saatlarla hava limanında gözləyib. Dünən bütün günü uçuş olmadığı üçün zəvvarlar otellərə yerləşdirlib. 

266 nəfərdən ibarət qrup hələ də 5 saatdır ki, hava limanında gözləyir. Yenə də bugün uçuş olmadığı üçün onlar Vətənə qayıda bilmir. Uçuşun isə dəqiq vaxtı məlum deyil. 

Növbəti 375 nəfərdən ibarət qrup isə bu saatlarda qeydiyyatdan keçir.

Azərbaycanlı zəvvarların geri dönməsinin ləngiməsinə səbəb Səduiyyə Ərəbistanın hava yollarına məxsus şirkətin təyin olunan qrafik üzrə uçuşları həyata keçirə bilməməsidir. 

Qafqaz Müsəlmanlar İdarəsinin Məkkədə olan nümayəndliyi dünən gün boyu bu məslənənin həllinə çalışsa da problem həllini tapmayıb.

29 sentyabr tarixinə olan uçuşlar həyata keçmədiyindən 30 sentyarbda Vətənə gəlməli olan zəvvarlar heç otellərdən çıxarılmayıb. Problem öz həllinin tapandan sonra uçşular mərhələli şəkildə aparılacaq. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəkidən ona ana fəryad edir - VİDEO

21

May
08:36
HÜQUQ,HADİSƏ
43

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
95

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru