Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
14:10
657
Azərbaycanda qrip epidemiyası varmı - RƏSMİ AÇIQLAMA

“Azərbaycanda qripin epidemiya halı alması üçün heç bir əsas yoxdur. Sadəcə olaraq tək-tək xəstələnmə halları müşahidə olunur. Bu da mütləq olan bir şeydir. Qripin epidemiya şəklində yayılması halı yoxdur”. Bunu APA-ya Azərbaycanın baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev deyib.

O, bildirib ki, orqanizmin həssaslığından asılı olaraq ilin bütün fəsillərində qriplə xəstələnmə müşahidə olunur: “Bu da növbəti hallardan biridir”.

İ. Ağayevin sözlərinə görə, payız fəslinin gəlişi, havanın temperaturunun bir qədər enməsi nəticəsində qrip xəstəliyində mövsümilik var: “Əhalinin tibbi qanunlara azacıq riayət etməməsi səbəbindən xəstələrin sayı artır. İstər paytaxtda, istərsə də regionlarda insanlar yaydan payıza keçid mövsümündə əyinlərinə, başlarına yaxud da havanın temperaturunun aşağı düşməsinə fikir vermirlər və nəticədə qripə yoluxurlar”.

Baş epidemioloq qeyd edib ki, səhiyyə orqanlarına müraciət edən hər bir şəxs xüsusi nəzarətə götürülür və lazımi tədbir görülür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
63

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
136

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2033

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
481

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
150
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru