Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
11:52
472
Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başladı

"Holcim" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azenco" (ASC) şirkətini məhkəməyə verib.

"Holcim" pul iddiası barədə tələb irəli sürüb. İddia olunan vəsaitin məbləği açıqlanmır.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Holcim" (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan "Holcim Qrup"unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatın əksər hissəsini ödəyir.

"Azenco" şirkəti isə dövlət müəssisəsi olan "Azerenerji" ASC-nin tərkibində "Azerenerjitikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında fəaliyyət göstərib. Bir müddət sonra "Azenco" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Şirkətin xüsusi kapitalının həcmi təxminən 500 milyon ABŞ dollarına bərabərdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəkidən ona ana fəryad edir - VİDEO

21

May
08:36
HÜQUQ,HADİSƏ
39

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
94

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1352
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 08:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru