Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2015
11:23
446
Rusiya Orxan Zeynalovu Azərbaycana verməyəcək

Rusiyanın Ədliyyə Nazirliyində Yeqor Şerbakovun ölümünə görə məhkum edilən Orxan Zeynalovun Azərbaycana ekstradisiyasına hazırlıq işləri getməsinə dair məlumatı təkzib ediblər.

Daha öncə müvafiq informasiya Azərbaycan KİV-də yayılmışdı. Onların məlumatına əsasən Zeynalovun cəzasını vətəndə çəkməsi üçün ekstradisiya olunması planlaşdırılırdı.

“İndiyə qədər Rusiya Ədliyyə Nazirliyinə Orxan Zeynalovun Rusiyadan Azərbaycana gətirilməsinə dair xahiş daxil olmayıb. Bununla əlaqədar Rusiya Ədliyyə Nazirliyi tərəfindən cari məsələyə baxılmır”, - Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Zeynalov Yeqor Şerbakovun qətlinə görə, 17 il həbs cəzası alıb. İstintaqın versiyasına görə, Zeynalov sərxoş vəziyyətdə mənasız bir səbəb üzündən Şerbakov ilə mübahisə edib və dava zamanı onu öldürüb.  

Hökm oxunduqdan sonra Zeynalovun cəzasının vətəndə çəkməyə ümid etməsinə dair məlumat yayılmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
43

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
118

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2000

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
475

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
138

Günün qarşılaşmaları TV AFİŞA

23

May
13:40
İDMAN
100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 17:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru